BMT: Bu il Azərbaycan iqtisadiyyatı 2,7 % artacaq

Maliyyə
  • 09 yanvar, 2026
  • 13:07
BMT: Bu il Azərbaycan iqtisadiyyatı 2,7 % artacaq

BMT 2026-cı ildə Azərbaycanda 2,7 % iqtisadi artım gözləyir.

"Report"un BMT-yə istinadən verdiyi məlumata görə, 2027-ci ildə isə ölkənin ümumi daxili məhsulunda (ÜDM) 2,6 % artım proqnozlaşdırılır.

BMT-nin məlumatına əsasən, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,6 % artıb.

"2026-cı ildə iqtisadi artım təbii qaz hasilatı və ixracının artması, həmçinin qeyri-neft-qaz sektorunda davamlı artım hesabına sürətlənəcək", - BMT vurğulayıb.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9 %, 2027-də isə 3,3 % artacağını proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin proqnozları isə fərqlənir: "S&P Global" 2026-cı ildə 2 %, "Fitch Ratings" 2,5 %, "Moody's" isə 2,5 % səviyyəsində artım gözləyir.

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 %, Dünya Bankı isə 2,4 % artacağını proqnozlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti