Haqqımızda

“Report İnformasiya Agentliyi” 2014-cü ildən fəaliyyətə başlayıb. “Global Media Group” holdinqin tərkibinə daxildir.

“Report İnformasiya Agentliyi” sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Şirkətimizin siyasəti

KEYFİYYƏT, SAĞLAMLIQ, ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ SİYASƏT
Azərbaycan Respublikasında fəaliyyət göstərən, operativ və dəqiq məlumatın təmin edilməsi ilə seçilən “Report İnformasiya Agentliyi” MMC-nin fəaliyyət sahəsində ətraf mühitin qorunması və əməyin təhlükəsizliyi önəmli yer tutur.
“Report İnformasiya Agentliyi” MMC keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində aşağıdakı əsas prinsipləri rəhbər tutur:

Beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsini;
Müasir metodikalardan istifadə etməklə, yüksək keyfiyyətli, təhlükəsiz və tələblərə uyğun xidmətin vaxtında təmin edilməsi və müştəri məmnunluğunun qazanılmasını;
Xidmət və ya məhsulun idarə olunması, planlaşdırma və monitorinq metodlarının təkmilləşdirilməsini, infrastrukturun yaxşılaşdırılmasını;
Bazarın dəyişikliklərinə çevik uyğunlaşmanın təmin olunmasını və rəqabət qabiliyyətliliyinin artırılmasını;
Personalın səriştəliliyinin, təhlükəsizliyinin və qərarların qəbulunda iştirakının təminini;
Fəaliyyətdə risk və proses yanaşmasının tətbiqi;
Təchizatçılarla uzunmüddətli və səmərəli münasibətlərin formalaşdırılmasını;
Fəaliyyət çərçivəsində yerli qanunvericiliyin tələblərinə riayət edilməsini;
Əməyin təhlükəsizliyi və ətraf mühitə təsir amillərinin idarə olunmasını;
Ətraf mühitin qorunması öhdəliyinə uyğun olaraq çirklənmənin qarşısının alınmasını;
İş şəraitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi üçün işlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınmasını;
Sağlamlıq və əməyin təhlükəsizliyi üzrə təhlükələrin aradan qaldırılması və risklərin azaldılmasını;
İstehlakçıların məmnunluğunun və təhlükəsizliyinin təmin olunması idarəetmənin təkmilləşdirilməsini;
IMS-nin daimi təkmilləşdirilməsini.

"Report İnformasiya Agentliyi" MMC-nin rəhbərliyi keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi siyasətinin həyata keçirilməsi məqsədi ilə lazımi resurslarla vaxtında təmin olunmanı və hər bir əməkdaşın məlumatlandırılması öhdəliyini öz üzərinə götürür.

iso_logo

27.12.2022-ci il tarixində, "Report.az" xəbər saytı ISO-9001, ISO 14001, ISO 45001 beynəlxalq sertifikatlarına layiq görülmüşdür.