Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Digər ölkələr
  • 12 dekabr, 2025
  • 17:08
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" "Berlin Zeitung"ə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-dən bildirilib.

Buna səbəb Berlinin Moskvanı Almaniya Hava Hərəkətini İdarəetmə Xidmətinə (DFS) edilən kiberhücumda ittiham etməsi olub.

Məlumata görə, Rusiya sonuncu dəfə keçirilən federal seçkilərin nəticələrinə təsir etməyə çalışıb və Almaniyada sabitliyi pozmağa davam edir.

Almaniya hökumətinin fikrincə, məqsəd cəmiyyəti parçalamaq və dövlət qurumlarına inamı sarsıtmaqdır.

"Biz bu gün səhər Rusiya səfirini Almaniya Xarici İşlər Nazirliyinə çağırdıq və ölkəsinin fəaliyyətini çox diqqətlə izlədiyimizi və tədbirlər gördüyümüzü aydın şəkildə bildirdik. Rusiyanın qəbuledilməz hərəkətləri nəticəsiz qalmayacaq", - Almaniya XİN-in nümayəndəsi bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti