Tramp: Rusiya - Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var
- 13 dekabr, 2025
- 04:41
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyişin olduğunu açıqlayıb.
"Report"un məlumatına görə, Amerika lideri bu açıqlamanı ABŞ-nin milli xokkey komandasının 1980-ci ilin Olimpiya çempionları olmuş üzvlərinə fəxri medalların təqdim edilməsi mərasimində verib.
"Biz çox iş gördük, səkkiz müharibəni dayandırdıq. Hələ bir müharibə qalıb, mən isə bunun (həll baxımından) ən asan olacağını düşünürdüm, bu, Rusiya – Ukrayna müharibəsidir. Amma biz böyük irəliləyiş əldə etmişik", - o bildirib.
Tramp əlavə edib ki, hazırda razılaşmanın əldə edilib-edilməyəcəyi üzərində işləyir.
"Baxarıq. Yəqin tezliklə biləcəyik", - Amerika lideri deyib.
Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer belçikalı həmkarı Bart de Vever ilə görüşündə Ukraynanın gələcəyi üçün dönüş nöqtəsindən danışıb.