Devid Lemmi Böyük Britaniyanın yeni baş nazir müavini təyin edilib
Digər ölkələr
- 05 sentyabr, 2025
- 19:46
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ölkənin yeni baş nazir müavini və ədliyyə naziri təyin edilib.
Bu barədə "Report" "BBC News"a istinadən xəbər verir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ancela Reynerin vergi qalmaqalına görə baş nazirin müavini vəzifəsindən istefa verdiyini elan etməsindən sonra kabinetində dəyişiklik edib.
Lemminin yerinə xarici işlər naziri vəzifəsinə İvett Kuper təyin edilib, Şabana Mahmud isə daxili işlər naziri vəzifəsinə təyin edilib. Eyni zamanda, Yan Mürrüy Şotlandiya üzrə dövlət katibi vəzifəsini itirib. İcmalar Palatasının rəhbəri postunu tutan Lüsi Pauell də hökuməti tərk edib.
Baş nazirin yaxın vaxtlarda hökumətdə digər dəyişiklikləri də açıqlaya biləcəyi gözlənilir.
Son xəbərlər
13:48
Mark Rütte Kiyevdə səfərdədir
Digər ölkələr13:44
İspaniyalı futbolçu "Barselona"ya qayıtmaq istəyir
Futbol13:38
Foto
BANM rektoru: "Tələbələrin rəqəmsal ixtisaslara marağı ali təhsil üçün çağırışdır"
İKT13:36
İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb - SİYAHI
Sosial müdafiə13:28
Azərbaycan millisinin sabiq futbolçusu II Liqa klubu ilə vidalaşıb
Futbol13:27
Azərbaycanlı turistlərin xaricdə yerləşmə vərdişləri dəyişir – ARAŞDIRMA
Turizm13:19
Foto
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Futbol13:15
Yanvarda 2 halda narkotiklərin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb
Hadisə13:12