Əli Əsədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri ilə görüşüb
Daxili siyasət
- 24 dekabr, 2025
- 16:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə S.Arpaquşun Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında dini sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak edib.
Son xəbərlər
12:22
"ARB 24" 8 yaşını qeyd edir
Media
12:16
Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Hadisə
12:13
İngiltərə millisinin futbolçusu Dominik Kalvert-Lyuin "Lids"lə yeni müqavilə imzalayıb
Futbol
12:12
Foto
Ceyhun Bayramov Estoniya səfirliyinin açılışında iştirak edib
Xarici siyasət
12:10
MM hüquqi şəxsin ləğvi zamanı prosedur qaydaları ilə əlaqədar dəyişiklikləri I oxunuşda qəbul edib
Milli Məclis
12:09
Bakı aeroportunda son 3 ildə bir sərnişinə düşən emissiya 55 % azalıb
İnfrastruktur
12:05
Azərbaycan və Sudan diplomatik pasport sahibləri üçün vizaları ləğv edib
Xarici siyasət
12:02
Foto
Azərbaycan və Estoniya XİN başçılarının təkbətək görüşü başlayıb
Xarici siyasət
11:58
Foto
Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib
Hərbi