Səfir: "Vətən müharibəsindəki Zəfərlə Xocalı qurbanlarının qisası alınıb"

Səfir: "Vətən müharibəsindəki Zəfərlə Xocalı qurbanlarının qisası alınıb" "Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifə kimi daxil olub. 30 il öncə şəhər əhalisinə qarşı amansız qətliam törədilib".
Xarici siyasət
20 Fevral , 2022 15:28
Səfir: Vətən müharibəsindəki Zəfərlə Xocalı qurbanlarının qisası alınıb
Faiq Quliyev

"Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifə kimi daxil olub. 30 il öncə şəhər əhalisinə qarşı amansız qətliam törədilib".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə "Xocalıya ədalət" adlı sərginin açılış mərasimində deyib.

Səfir soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib.

Onun sözlərinə görə, faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ədalətin zəfər çalmasına öz töhfəsini verir:

"Bu istiqamətdə ən başlıca beynəlxalq layihələrdən biri 2008-ci ildən davam edən "Xocalıya ədalət" kampaniyasıdır. Aparılan fəaliyyət nəticəsində bir sıra mühüm qərar və qətnamələr qəbul edilib. Sizi "Xocalıya ədalət" çağırışına səs verməyə çağırıram. Dünya Xocalı soyqırımını tanımalıdır".

Səfir qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki Zəfərlə Xocalı faciəsinin qurbanlarının qisası alınıb və günahsız qurbanların qanları yerdə qalmadı.

F.Quliyev Tbilisidəki sərginin ərsəyə gəlməsində əməyi keçən Heydər Əliyev Fondu başda olmaqla bütün qurumlara və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Ülkər Əbülfətə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi