Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb

Energetika
  • 25 oktyabr, 2026
  • 02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb

Biləsuvar rayonun əksər hissəsində elektrik enerjisi verilişi dayandırılıb.

Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, təxminən iki saatdan çoxdur, Biləsuvar şəhərinin və kəndlərinin böyük hissəsində işıq yoxdur.

Problemin səbəbi məlum deyil.

Qeyd edək ki, hazırda rayon ərazisində ildırımla müşahidə olunan yağışlı hava şəraiti hökm sürür.