BTQ müstəmləkə ərazilərindən olan tələbələrə təqaüd ayıracaq

BTQ müstəmləkə ərazilərindən olan tələbələrə təqaüd ayıracaq Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan universitetlərində təhsil alan müstəmləkələşdirilən ərazilərindən olan tələbələrə təqaüd verəcək.
Xarici siyasət
17 İyul , 2024 10:46
BTQ müstəmləkə ərazilərindən olan tələbələrə təqaüd ayıracaq

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan universitetlərində təhsil alacaq müstəmləkələşdirilən ərazilərindən olan tələbələrə təqaüd verəcək.

"Report" xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci qurultayında deyib.

“Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, bu ildən təşkilatımız Azərbaycanda təhsil almaq istəyən gənclərə təqaüdlər verəcək”, - o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Son xəbərlər

Orphus sistemi