BMT-də 2040-cı ilədək dövlət idarəçiliyinin əsas amilləri açıqlanıb

Xarici siyasət
  • 05 noyabr, 2026
  • 10:57
BMT-də 2040-cı ilədək dövlət idarəçiliyinin əsas amilləri açıqlanıb

2040-cı ilədək dövlət idarəçiliyinin gələcəyi geosiyasi dəyişikliklərdən, süni intellektin inkişafından, ictimai gözləntilərdən və yerli hakimiyyət orqanlarının rolundan asılı olacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin şöbə rəisi Adriana Alberti Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" tədbirində bildirib.

O qeyd edib ki, dövlət institutlarının vətəndaşların gözləntilərini doğrulda bilməməsi nəinki idarəetmənin səmərəliliyinə, həm də ictimai etimada, eləcə də institutların özlərinin legitimliyinə xələl gətirir.

Alberti vurğulayıb ki, geosiyasi dəyişikliklər, münaqişələr və proteksionizmin güclənməsi beynəlxalq əməkdaşlığı çətinləşdirir. Süni intellekt isə həm dövlət xidmətlərinin səmərəliliyini artıra, həm də hakimiyyətin təmərküzləşməsinə və bərabərsizliyin güclənməsinə gətirib çıxara bilər.

Onun fikrincə, vətəndaşlar, xüsusən də gənclər getdikcə daha çox şəffaflıq və qərarların qəbulunda real iştirak tələb edirlər. Bununla belə, gənclər və qadınlar dövlət təsisatlarında hələ də kifayət qədər təmsil olunmurlar.

O, həmçinin bir tərəfdən ictimai normaları və davranışı dəyişdirən, digər tərəfdən isə dezinformasiyanın yayılmasına və qütbləşməyə səbəb ola bilən sosial şəbəkələrin təsirinə də diqqət çəkib.

44 filmi