Azərbaycan Çin şirkəti ilə enerji avadanlıqlarının istehsalını müzakirə edib
- 25 noyabr, 2026
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Çinin TBEA şirkəti ilə elektrik enerjisi infrastrukturu, Yüksək Gərginlikli Sabit Cərəyan ("High-Voltage Direct Current" – HVDC) texnologiyaları, enerji avadanlıqlarının istehsalı və "yaşıl enerji" sahəsində əməkdaşlığı perspektivlərini müzakirə edib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata əsasən, bununla bağlı müzakirələr Çinin Çindao şəhərində azərbaycanlı nazir ilə TBEA şirkətinin vitse-prezidenti Zheng Yan arasında görüşdə aparılıb.
"Şirkətin Azərbaycanda innovativ enerji həllərinin tətbiqi, eləcə də su elektrik stansiyaları layihələrinin həyata keçirilməsində iştirak imkanlarını dəyərləndirilib", - P.Şahbazov qeyd edib.