İspaniya tarixində bir gündə ən yüksək miqrant axını qeydə alınıb

Digər ölkələr
  • 25 noyabr, 2026
  • 12:50
İspaniya tarixində bir gündə ən yüksək miqrant axını qeydə alınıb

İspaniyanın El-Yerro adasına 15 qayıqda 2 100 qanunsuz miqrant gəlib.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası fövqəladə xidmətlərə istinadən məlumat yayıb.

Miqrantlar arasında 203 qadın və 127 yetkinlik yaşına çatmayan şəxs, o cümlədən dördaylıq körpə və Atlantik dənizində qayıqda dünyaya gəlmiş bir qız uşağı var.

Bundan əlavə, qayıqlardan birində həyatını itirmiş miqrantın meyiti tapılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu, İspaniyada miqrantların gəlişi statistikasının aparılmasına başlanandan bəri bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.

Qeyd olunub ki, bu ay Qərbi Afrikadan Kanar adalarına rekord sayda qanunsuz miqrant gəlib - əvvəlki rekord noyabrın 14-də, El-Yerro, Qran-Kanariya və Tenerife adalarına 1 580 nəfərin gəldiyi vaxt qeydə alınmışdı.

44 filmi