XİN başçısı: Azərbaycanla Litva arasında 7 sənəd üzərində iş aparılır

Xarici siyasət
  • 25 noyabr, 2026
  • 13:11
XİN başçısı: Azərbaycanla Litva arasında 7 sənəd üzərində iş aparılır

Azərbaycanla Litva arasında 45 sənəd mövcuddur və hazırda 7 sənəd üzərində iş aparılır.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə brifinqdə deyib.

O, iki ölkə arasında 45 sənədin mövcud olduğunu, daha 7 sənəd üzərində iş aparıldığını qeyd edib:

"Bugünkü görüş zamanı iqtisadi-ticarət sahəsində də fikir mübadiləsi apardıq. Qənaət budur ki, hazırkı ticarət dövriyyəsi qənaətbəxş deyil, potensialımız daha yüksəkdir. Bəlli baxışımız odur ki, bu istiqamətdə lazımi addımlar atılacaq".

C.Bayramov bildirib ki, litvalı həmkarı ilə bir qrup şirkət rəhbəri də Baklya gəlib və sabah keçiriləcək iki ölkə arasında biznes forum qarşlıqlı əməkdaşlıq üçün çox önəmlidir:

"Biz iki dövlətin əlaqələndirici qurumları olaraq, iş adamları arasında əlaqələrin yüngülləşdirilməsinə dəstək üçün lazımi mexanizmləri də müzakirə etməyi razılaşdıq".