Vinisius Junior "Real"ın əfsanəvi oyunçusu Ferents Puşkaşın nailiyyətini təkrarlayıb
- 25 noyabr, 2026
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior Madrid təmsilçisinin əfsanəvi oyunçusu Ferents Puşkaşın nailiyyətini təkrarlayıb.
"Report"un məlumatına görə, 26 yaşlı vinger buna Niderlandın PSV komandasını 5:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının (ÇL) oyununda fərqlənməklə nail olub.
Braziliyalı oyunçu "kral klubu"nun heyətində qitənin bir nömrəli klub turnirində 35-ci qoluna imza atıb.
Beləliklə, Vinisius Junior Ferents Puşkaşın "Real" forması ilə ÇL-dəki qol sayına çatıb.
Siyahının ilk pillələrində Kriştianu Ronaldu (105 qol), Kərim Benzema (78), Raul Qonsales və Alfredo di Stefano (49) qərarlaşıblar.
Xatırladaq ki, 2018-ci ildən "Real"da çıxış edən Braziliya millisinin üzvü komanda ilə 14 titul qazanıb.