Bakı və London səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- 11 dekabr, 2025
- 15:32
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi lord Con Alderdays ilə görüşdə səhiyyə sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.
"Report"un məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Böyük Britaniyanın tibb, həyat elmləri və səhiyyə sahəsindəki təcrübəsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə dəstək baxımından mühüm əhəmiyyət daşıyır. Lord Con Alderdaysın səhiyyə naziri Teymur Musayev ilə görüşündə ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığı necə gücləndirə biləcəyimizi müzakirə etdik", - paylaşımda qeyd edilib.
🇬🇧-nın tibb, həyat elmləri və səhiyyə sahəsindəki təcrübəsi 🇦🇿 iqtisadiyyatının şaxələndirilməsinə dəstək baxımından mühüm əhəmiyyət daşıyır. @AlderdiceLord və @healthgovaz naziri Teymur Musayev ilə 🇬🇧-🇦🇿 səhiyyə əməkdaşlığını necə gücləndirə biləcəyimizi müzakirə etdik. pic.twitter.com/k5YMUAzhnr
— FergusAuldFCDO (@FergusAuldFCDO) December 11, 2025