Xamenei etirazlarda xarici dövlətləri ittiham edib - YENİLƏNİB

Region
  • 09 yanvar, 2026
  • 13:38
Xamenei etirazlarda xarici dövlətləri ittiham edib - YENİLƏNİB

İranda baş verən etirazlarda xarici dövlətlərin əli var.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın ali lideri ayətullah Əli Xamenei bu gün dövlət televiziyasında çıxışında bildirib.

"İran etirazlar qarşısında geri çəkilməyəcək. İslam Respublikası xaricilərə xidmət edilməsinə yol verməyəcək", - deyə o qeyd edib.

Xameneyi ABŞ Prezidenti Donald Trampın İran xalqına dəstək bəyanatlarına şübhə ilə yanaşaraq onu ötən ilin yayındakı hücumlar zamanı minə yaxın iranlının ölümündə əli olmaqda günahlandırıb, həmçinin ölkəsinin işləri ilə məşğul olmağının vacibliyini vurğulayıb.

"O, əgər bacarırsa, öz ölkəsinin idarə edilməsi ilə məşğul olsun", - İranın ali lideri vurğulayıb.

İranın ali lideri ayətullah Əli Xamenei bir neçə dəqiqədən sonra ölkədə davam edən etirazlarla bağlı çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə xarici KİV İran dövlət televiziyasına istinadən məlumat yayıb.

Digər təfərrüatlar verilmir.

Bu gün İranda yeni etiraz dalğasının başladığı xəbərləri yayılmışdı. Səhər minlərlə insan paytaxtın küçələrinə axın edib.

Son xəbərlər

Bütün Xəbər Lenti