Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir

Region
  • 22 fevral, 2022
  • 10:28
Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir

“Mənə Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı sorğu gəlib”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

Dövlət başçısı XİN-in sorğusunu nəzərdən keçirəcəyini bildirib.

V.Zelenski həmçinin separatçı başçıların ona müraciətinə də toxunub: “Biz onlarla danışmırıq. Biz onların kim olduğunu anlamırıq”.

Qeyd edək ki, Ukraynanın Donbas bölgəsində yaradılan qondarma Luqansk və Donetsk “respublika”larının başçıları Ukraynanı bölgəni hərbçilərdən tam boşaltmağa çağırıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.