Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir

Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir “Mənə Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi haqqında sorğu gəlib”
Region
22 Fevral , 2022 14:28
Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir

“Mənə Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı sorğu gəlib”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

Dövlət başçısı XİN-in sorğusunu nəzərdən keçirəcəyini bildirib.

V.Zelenski həmçinin separatçı başçıların ona müraciətinə də toxunub: “Biz onlarla danışmırıq. Biz onların kim olduğunu anlamırıq”.

Qeyd edək ki, Ukraynanın Donbas bölgəsində yaradılan qondarma Luqansk və Donetsk “respublika”larının başçıları Ukraynanı bölgəni hərbçilərdən tam boşaltmağa çağırıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Son xəbərlər

Orphus sistemi