"Turan" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Komanda
  • 30 oktyabr, 2026
  • 01:43
Turan CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.

"Report"un məlumatına görə, Xorvatiya təmsilçisi "Mladost"un qonağı olan Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv səfərdə 3:2 (25:22 21:25, 25:23, 23:25, 15:13) hesablı qələbəyə sevinib.

"Turan"ın III təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın "Maritsa" klubu olacaq.

Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın "Maritza" komandası ilə üz-üzə gələcək.

44 filmi