Tramp tariflərdən sonra Kanada ilə münasibətlərin yaxşılaşdığını açıqlayıb

Digər ölkələr
  • 30 oktyabr, 2026
  • 00:45
Tramp tariflərdən sonra Kanada ilə münasibətlərin yaxşılaşdığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kanada Amerika tariflərinin tətbiqindən sonra Vaşinqtonla ticarət və iqtisadi münasibətlərində daha çox üzüyola olub.

"Report"un məlumatına görə, o, bu barədə Konqresə aralıq seçkilərdən əvvəl Respublikaçılar Partiyası tərəfdarlarının Cənubi Karolina ştatında keçirilən mitinqində bildirib.

"Kanada dərs çıxarır. Onlar illərlə bizi aldadıblar. Keçən il Kanadaya 90 milyard dollar itirdik", - Amerika lideri bildirib.

Trampın sözlərinə görə, ABŞ qonşusuna kömək etməyə hazırdır, lakin bu miqyasda maliyyə dəstəyi göstərmək niyyətində deyil.

"Biz onlara kömək etməyə qarşı deyilik, amma Kanadaya 90 milyard dollar subsidiya verməyəcəyik. İndi tariflər tətbiq etdiyimiz üçün son vaxtlar bizə inanılmaz dərəcədə mehriban davranırlar", - ABŞ Prezidenti vurğulayıb.