Qalibaf: ABŞ ilə danışıqlarda irəliləyiş İranın 7 şərti razılaşdırılandan sonra mümkündür
- 30 oktyabr, 2026
- 00:25
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın şərtləri vasitəçilərə dəfələrlə bildirilib və bu təklif razılaşdırıldıqdan sonra ABŞ ilə danışıqlarda irəliləyiş mümkündür.
"Report" xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.
"Qamçı və kökə" yanaşmasının İrana heç bir təsiri yoxdur", - o bildirib. Qalibaf əlavə edib ki, irəliləyiş yalnız İranın yeddi şərti barədə razılığa gəlindikdən sonra əldə edilə bilər.
Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə məktub ünvanlayıb. İran tərəfi isə ABŞ-yə cavab verməyib.
Iran’s conditions have been repeatedly and clearly stated to the mediators. The carrot-and-stick approach has no effect on Iran. Progress can only be achieved once Iran’s seven conditions have been agreed upon.
— محمدباقر قالیباف | MB Ghalibaf (@mb_ghalibaf) October 29, 2026