Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib
Maliyyə
- 15 oktyabr, 2025
- 23:40
2026-2029-cu illərdə Azərbaycan iqtisadiyyatına 107,2 milyard manat investisiya qoyulacağı gözlənilir.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapıb.
Sənədə əsasən, ölkədə əsas kapitala investisiya qoyuluşu 2026-cı ildə 24,6 milyard manat, 2027-ci ildə 26,5 milyard manat, 2028-ci ildə 27,7 milyard manat, 2029-cu ildə isə 28,4 milyard manat təşkil edəcək.
4 illik investisiya qoyuluşunun 74,5 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşməlidir. O cümlədən, sektora 2026-ci ildə 17 milyard manat, 2027-ci ildə 17,7 milyard manat, 2028-ci ildə 19,1 milyard manat, 2029-cu ildə isə 20,7 milyard manat investisiya qoyulması proqnozlaşdırılır.
Son xəbərlər
14:04
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb - YENİLƏNİB
Digər ölkələr14:01
İngiltərə millisinin futbolçusu həbs edilib
Futbol13:46
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Sosial müdafiə13:43
İndoneziya paytaxtında yanğın nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB
Digər ölkələr13:38
İndoneziya Prezidenti sabah Rusiyaya səfər edəcək
Region13:36
Tokayev Milli Bankın rəhbərinə inflyasiyanın azaldılması üçün tədbirlər görməyi tapşırıb
Region13:34
"Azəriqaz"ın baş direktoru Naftalanda vətəndaşları qəbul edəcək
Energetika13:30
Foto
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Xarici siyasət13:30