Sindi Tianko: "Azərbaycan Dəmir Yolları" "yaşıl enerji" istehsal edə bilər"

İnfrastruktur
  • 05 dekabr, 2025
  • 13:05
Sindi Tianko: Azərbaycan Dəmir Yolları yaşıl enerji istehsal edə bilər

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC öz infrastruktur aktivlərini bərpa olunan enerji mənbələrinə çevirməyi nəzərdən keçirir ki, bu da enerji səmərəli, dayanıqlı və texnoloji cəhətdən inkişaf etmiş dəmir yolu sisteminin yaradılmasına töhfə verir.

"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Yeni Enerji Sahələri Departamentinin direktoru Sindi Sisneros Tianko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ADB-ADY tərəfdaşlığı çoxtərəfli inkişaf banklarının, hökumətlərin və özəl sektorun müasir enerji və infrastruktur çağırışlarının aradan qaldırılması üçün birlikdə hərtərəfli həll yollarını işləyib hazırlaya biləcəyinə bir nümunədir.

"Texniki yardım bir neçə əsas nəticəyə yönəlib və bütün bunlar gələcəyin dəmir yolu şirkətinin necə olması ilə bağlı ADY-nin baxışı ilə uzlaşır. Biz innovativ həlləri təkcə dəmir yolunun fəaliyyəti çərçivəsində deyil, həm də onun öz aktivlərindən bərpa olunan enerji istehsalında və öz ehtiyacları üçün istifadə etməsi mümkünlüyü nöqteyi-nəzərindən gözdən keçirəcəyik", - S.Tianko qeyd edib.

Onun sözlərinə görə, işin vacib hissəsi enerji səmərəliliyinin artırılması və institusional potensialın gücləndirilməsi ilə bağlı tədbirləri əhatə edəcək.

"Bizim texniki yardım ideyamız şirkətin və ya ölkənin layihələri müstəqil şəkildə hazırlayıb həyata keçirmək qabiliyyətinə malik olmasından ibarətdir. ADB-nin burada olmasında məqsəd potensialın artırılmasını dəstəkləmək və ADY-nin öz fəaliyyətinə inteqrasiya edə biləcəyi ən yaxşı beynəlxalq təcrübənin tətbiqini təmin etməkdir", - departamentin direktoru əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti