Edqar Abdullayev: "Fintex sektorunda KYC prosesindən istifadə səviyyəsi 90 %-dən çoxdur"

İKT
  • 17 dekabr, 2025
  • 12:25
Edqar Abdullayev: Fintex sektorunda KYC prosesindən istifadə səviyyəsi 90 %-dən çoxdur

Hazırda Azərbaycanın fintex sektorunda KYC (Müştərini Tanı) prosesindən istifadə səviyyəsi 90 %-dən çoxdur.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev AMCHAM-ın təşkil etdiyi "Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik" tədbirində bildirib.

Onun sözlərinə görə, süni intellekt agentləri vasitəsilə KYC prosesindən istifadə etmək üçün böyük imkanlar var və hətta tanıma səviyyəsi 90 %-dən çoxdur: "Lakin buna baxmayaraq, hazırda son qərarı insanın verdiyinə əmin olmalıyıq. Nə qədər ki, bütün bu çirkli pulların yuyulması və qanunsuz mərc oyunları kimi dövlət iqtisadiyyatı üçün böyük təhlükə yaradan məsələlər var, son qərarı vermək üçün bizə real, canlı insan lazımdır".

O bildirib ki, bu, həm də fintex həllərinin son istifadəçilərinin təhlükəsizliyi üçündür: "Məsələn, əgər kimsə bizim pulqabımızdan və ya hər hansı digər pulqabından istifadə edirsə, son istifadəçilər də əmin olmalıdırlar ki, prosesin sonunda həqiqətən hədəfəyönümlü bir qərarvermə mexanizmi dayanır".

E.Abdullayev qeyd edib ki, texnologiya getdikcə daha da sürətlənir: "Lakin tənzimləyici məqamları və onların arxasındakı təhlükəsizlik məsələlərini başa düşürük. Ona görə də süni intellekt tərəfindən demək olar ki, 99 % dəqiqliklə qərarlar qəbul edilməsinə baxmayaraq, insan faktoru hər zaman, ən azından indiki mərhələdə mövcud olmalıdır. Süni intellektdən gələn çox dəyərli məlumatlarla qərarı yekunlaşdırmaq üçün insanın real rəyi mütləqdir. Xüsusilə bizim ölkəmizdə və regionumuzda bu, hazırda çox vacibdir".

Son xəbərlər

Bütün Xəbər Lenti