Azərbaycan İstanbulda Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Ədəbiyyat
  • 17 dekabr, 2025
  • 17:31
Azərbaycan İstanbulda Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi sərgidə naşirlər və yazarlardan ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Sərgi çərçivəsində Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (Ankara) birgə təşəbbüsü ilə xüsusi Azərbaycan stendi qurulub.

Azərbaycan stendində ölkənin zəngin tarixi və mədəni irsini, eləcə də klassik və müasir Azərbaycan ədəbiyyatını əks etdirən, Azərbaycan və Türkiyə türkcəsində nəşr olunmuş kitablar nümayiş etdirilir. Ekspozisiya ziyarətçilərə Azərbaycan ədəbiyyatının çoxşaxəli inkişaf yolu və müasir ədəbi prosesi ilə yaxından tanış olmaq imkanı yaradır.

Dekabrın 21-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan və Türkiyənin alim, yazıçı və ədəbiyyatşünaslarının iştirakı ilə panel müzakirələr, kitab təqdimatları və imza günlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər iki qardaş ölkə arasında ədəbi və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.

Son xəbərlər

Bütün Xəbər Lenti