Taleh Kərimli: "Bu il vençur fondları startaplara 760 min dollar investisiya ayırıb"

Maliyyə
  • 17 dekabr, 2025
  • 17:44
Taleh Kərimli: Bu il vençur fondları startaplara 760 min dollar investisiya ayırıb

Bu il Azərbaycanda 45 texnopark rezidenti qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli qurumun təşkilatçılığı ilə keçirilən "IDDA Awards" müsabiqəsinin mükafatlandırma tədbirində deyib.

Onun sözlərinə görə, Agentliyin dəstək verdiyi vençur fondları və proqramları çərçivəsində startaplara 760 min ABŞ dolları məbləğində investisiya olunub: "40 startap üzrə dəstək proqramı, yəni inkubasiya, akselerasiya və hakatonlar keçirilib. 500-dən çox startap dəstəklənib. Mentorluq proqramları çərçivəsində 300-dən artıq icma tədbiri keçirilib və bu tədbirlərdə 14 min iştirakçı iştirak edib".

T. Kərimli qeyd edib ki, Agentlik tərəfindən indiyə qədər 5 universitetdə startap proqramları həyata keçirilib: "Global Innovation Institute" tərəfindən 45 beynəlxalq sertifikat təqdim edilib, 98 startap mentoru yetişdirilib, 6 innovasiya mərkəzi artıq fəaliyyətə başlayıb.

Bununla yanaşı, 5000-dən çox ideya müəllifi müxtəlif proqramlara öz ideyalarını göndərib və 6 qlobal oyunçu ilə Agentlik tərəfindən birgə proqramlar həyata keçirilib".

O deyib ki, Agentliyin dəstəklədiyi innovasiya proqramlarına 2025-ci il ərzində 5 436 müraciət daxil olub.

Son xəbərlər

Bütün Xəbər Lenti