Nazir: Hazırda 15 özəl şirkət müdafiə sənayesi sahəsində lisenziya əsasında fəaliyyət göstərir

Hərbi
  • 17 dekabr, 2025
  • 20:07
Nazir: Hazırda 15 özəl şirkət müdafiə sənayesi sahəsində lisenziya əsasında fəaliyyət göstərir

Hazırda 15 özəl şirkət müdafiə sənayesi sahəsində lisenziya əsasında fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbirdə deyib.

Nazir özəl sektorun roluna xüsusi diqqət yetirərək, bu şirkətlərin dron texnologiyaları, süni intellekt, elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar apardıqlarını diqqətə çatdırıb.

O, artıq bir sıra özəl şirkətlərin məhsullarının dövlət sifarişi çərçivəsində Silahlı Qüvvələrə təhvil verildiyini də vurğulayıb.

V.Mustafayev çıxışında kadr potensialının inkişafı və innovasiya fəaliyyətinin də prioritet istiqamətlərdən olduğunu bildirərək, intensiv təlim proqramları, ali təhsil müəssisələri ilə əməkdaşlıq və xaricdə təhsil imkanları hesabına müdafiə sənayesi üçün ixtisaslı kadr ehtiyatının formalaşdırılması istiqamətində əməli işlər görüldüyünü diqqətə çatdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti