Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib
Hərbi
- 20 noyabr, 2025
- 11:50
Azərbaycan və İtaliya hərbi mütəxəssisləri "Dağlıq ərazidə köməksiz qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə" ekspert görüşü keçirib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş "Azərbaycan Müdafiə Nazirliyi ilə İtaliyanın Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən baş tutub.
İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak ediblər.
Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Son xəbərlər
03:45
Danimarka və ABŞ rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə ediblər
Digər ölkələr03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34
KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur
Digər ölkələr01:18
Video
Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var - Yenilənib
Hadisə00:38