Salyanda yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var
Hadisə
- 01 sentyabr, 2025
- 07:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyanda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1978-ci il təvəllüdlü Zalıyev Daşqın Aydın oğlu hadisə yerində ölüb. Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Şükran Həşim oğlu və Salyan sakini, 1977-ci il təvəllüdlü Babayev Alik Əlifağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:21
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
Digər ölkələr
23:51
Almaniyada gənclərin etiraz aksiyalarında 87 min nəfər iştirak edib
Digər ölkələr
23:31
Braziliyada güclü fırtına nəticəsində azı 3 nəfər ölüb
Digər ölkələr
23:21
Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
ASK
23:07
Rubio: ABŞ, Rusiya və Çin liderləri arasında təmaslar əvəzsizdir
Digər ölkələr
22:57
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
Digər ölkələr
22:48
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Xarici siyasət
22:31
ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır
Digər ölkələr
22:23
Tramp məlumat mərkəzlərini xaricdə tikən şirkətləri yüksək vergilərlə hədələyib
Digər ölkələr