Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
Hadisə
- 02 sentyabr, 2025
- 14:16
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onikimərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan üçotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə yanıb. Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib, üçü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
Son xəbərlər
14:17
Müdafiə naziri: ABŞ-nin Venesuelaya hücümu nəticəsində zərər çəkənlərlə bağlı məlumat toplanır
Digər ölkələr14:00
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Energetika13:56
Sabah külək güclənəcək - XƏBƏRDARLIQ
Ekologiya13:54
KİV: Maduronu ABŞ-nin "Delta" xüsusi təyinatlıları ələ keçirib
Digər13:52
KİV: Venesuelanın vitse-prezidenti Karakasda baş verən partlayışlardan sonra təhlükəsizlikdədir
Digər ölkələr13:41
Açıq havada baş tutan hokkey matçını 36 mindən çox azarkeş izləyib
Komanda13:41
KİV: Neft tankerləri ABŞ tərəfindən ələ keçirilmə təhlükəsi səbəbindən Venesueladan yan keçir
Energetika13:31
Tramp: Maduro və həyat yoldaşı ələ keçirilərək Venesueladan çıxarılıb
Digər13:30