Şatdaunun başa çatması ilə bağlı gözləntilər fonunda "Brent" markalı neft bahalaşıb
Energetika
- 10 noyabr, 2025
- 10:35
ABŞ-də 40 gündür davam edən şatdaunun başa çatması ilə bağlı gözləntilər fonunda bu gün neftin qiyməti artıb.
"Report" xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin bir barelinin yanvar fyuçersləri 0,46 ABŞ dolları (0,72 %) artaraq 64,09 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin 1 barelinin dekabr fyuçersləri 0,5 ABŞ dolları (0,84 %) artaraq 60,25 ABŞ dollarına bərabər olub.
ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsinin bərpası istiqamətində mühüm addım ataraq şatdauna son qoyacaq prosedur tədbiri təsdiqləyib. Sənədi 60 senator dəstəkləyib və Senat tərəfindən təsdiqləndikdən sonra baxılmaq üçün ABŞ Konqresinin aşağı palatasına təqdim ediləcək.
Son xəbərlər
13:28
IEA: Azərbaycan noyabrda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb
Energetika13:27
Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib
Futbol13:27
Qazaxıstan və İran arasında hökumətlərarası sazişlər paketinin mübadiləsi baş tutub
Region13:25
Azərbaycanda pambıq yığımı ilə bağlı son vəziyyət açıqlanıb
ASK13:24
Azərbaycan ilə Rusiya sərhədkeçmə proseslərinin sürətləndirilməsini müzakirə edib
Biznes13:23
Naxçıvanda bank əmanətləri 57 %-dən çox artıb
Maliyyə13:22
Luka Modriç "Real"ın futbolçusuna "Milan"a keçməyi tövsiyə edib
Futbol13:21
Foto
Bu il ölkədə aşkarlanmış artefaktlar AMEA-da nümayiş olunub
Mədəniyyət siyasəti13:18