Peter Siyarto: “SOCAR Macarıstan anbarlarının Azərbaycan qazı ilə doldurulmasına başlayıb”

Peter Siyarto: “SOCAR Macarıstan anbarlarının Azərbaycan qazı ilə doldurulmasına başlayıb” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Macarıstan anbarlarının Azərbaycan təbii qazı ilə doldurulmasına başlayıb.
Energetika
28 İyul , 2023 12:50
Peter Siyarto: “SOCAR Macarıstan anbarlarının Azərbaycan qazı ilə doldurulmasına başlayıb”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstan anbarlarının Azərbaycan təbii qazı ilə doldurulmasına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkələrdə etdiyi paylaşımda yazıb.

"Sizə şad xəbərim var. İmzalanmış müqaviləyə uyğun olaraq, SOCAR şirkəti Macarıstan anbarlarının ilk 50 milyon kubmetr təbii qazla doldurulmasına başlayıb", - paylaşımda deyilir.

P.Siyarto Avropanın son 1 il yarım ərzində enerji resurslarının ciddi çatışmazlığı ilə üzləşdiyini vurğulayıb. Nazir bildirib ki, Rusiyaya qarşı sanksiyalar və bu ölkədən təbii qazın idxalından imtina səbəbindən onun dəyəri kəskin şəkildə artıb, lakin Macarıstan alternativ təchizat sayəsində bu problemi həll edə bilib.

Xatırladaq ki, iyun ayında SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon m3 həcmində təbii qazın satışına dair müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi