Dronlar Omskdakı "Ozon" logistika mərkəzinə hücum edib
Region
- 24 oktyabr, 2026
- 20:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Omskda logistika mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) zərbəsinə məruz qalıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vitali Xotsenko "Maks" messencerində bildirib.
Onun sözlərinə görə, personal operativ şəkildə təxliyə edilib.
Bunun fonunda "Ozon" marketpleysi xəsarət alanların olmadığını, lakin obyektdə yanğın başladığını açıqlayıb. Zərbənin endirildiyi yerdə fövqəladə xidmətlər işləyir.
Şirkətdən əlavə ediblər ki, satıcıların tədarüklərini bu mərkəzə müvəqqəti olaraq qəbul edilmir, artıq orada yerləşdirilənlər isə vitrindən çıxarılıb. Hazırda "Ozon" zədələnmiş kompleksdən logistika marşrutlarını başqa istiqamətə yönləndirir.
Son xəbərlər
21:26
Rütte: NATO Polşa ərazisinin hər santimetrini müdafiə edəcək
Digər ölkələr
21:06
Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb - Yenilənib
Region
20:52
Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb
Digər ölkələr
20:41
Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir
Digər ölkələr
20:31
Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil
Region
20:10
Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək
Digər ölkələr
20:04
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
Fərdi
20:00
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Digər ölkələr
19:51
Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub
Digər ölkələr