Yeni Kaledoniyanın XİN başçısı: Biz öz suverenliyimizə səs veririk

Yeni Kaledoniyanın XİN başçısı: Biz öz suverenliyimizə səs veririk Yeni Kaledoniya Fransadan 22 min kilometr məsafədə yerləşir. Bu, nəzərə alınmalı olan reallıqdır.
Digər ölkələr
13 İyun , 2024 18:32
Yeni Kaledoniyanın XİN başçısı: Biz öz suverenliyimizə səs veririk

Yeni Kaledoniya Fransadan 22 min kilometr məsafədə yerləşir. Bu, nəzərə alınmalı olan reallıqdır.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

O bildirib ki, coğrafi baxımdan bir-birilərindən çox uzaq olduqları üçün nəzərə alınmalı olan başqa bir amil də var ki, bu geosiyasətdir: “Xüsusilə, mən miqrant böhranı və Avropa İttifaqının (Aİ) böhranı haqqında düşünürəm, çünki “Brexit”dən sonra Aİ sabitliyi bərpa etməyib. Biz qürurlu xalqıq, biz öz mülkiyyətimizə, suverenliyimizə səs veririk. Amma bizim bir ortaq cəhətimiz də var - bunu Fransa parlamentinin bir neçə deputatına demək imkanım oldu - bu gün fransız xalqı çox əziyyət çəkən bir xalqdır. Nə vaxtsa Fransa dövləti öz xalqının qayğısına qalmağı bacarmalıdır”.

Son xəbərlər

Orphus sistemi