PUA hücumu Xəzər Boru Kəməri Konsorsiumunda Qazaxıstan neftinin yüklənməsinə təsir etməyib – YENİLƏNİB

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 17:49
PUA hücumu Xəzər Boru Kəməri Konsorsiumunda Qazaxıstan neftinin yüklənməsinə təsir etməyib – YENİLƏNİB

Qazaxıstan nefti Xəzər Boru Kəməri Konsorsiumu sisteminə normal iş rejimində yüklənir, gecə saatlarında baş verən PUA hadisəsi yükləmə və nəqletmə prosesinə təsir etməyib.

"Report"un məlumatına görə, bu barədə "İnterfaks" agentliyinə Energetika Nazirliyinin rəsmi nümayəndəsi Asel Serikpayeva bildirib.

"Hazırda Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu sistemi vasitəsilə ixrac üçün nəqli və yüklənməsi normal iş rejimində, təsdiq edilmiş qrafikə uyğun olaraq həyata keçirilir", - o söyləyib.

Xəzər Boru Kəməri Konsorsiumu gecə saatlarında Ukrayna PUA-larının Novorossiyskə hücumu nəticəsində dəniz terminalının inzibati binasının zədələnməsindən sonra yük əməliyyatlarını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.

"Gecə Novorossiyskə PUA hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun şəhər yaxınlığındakı dəniz terminalının inzibati binası zədələnib. Konsorsiumun əsas idarəetmə mərkəzi Cənubi Ozereyevkada yerləşir və buradan Tengiz - Novorossiysk boru kəməri sisteminin bütün fəaliyyətinə nəzarət həyata keçirilir", - məlumatda deyilir.

Qeyd olunur ki, şəhərdə həyəcan siqnalı elan edildikdən dərhal sonra heyət sığınacaqlara təxliyə edildiyi üçün xəsarət alan olmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti