"Mançester Siti" "Çelsi" ilə heç-heçə edib
Futbol
- 04 yanvar, 2026
- 23:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Mançester Siti" İngiltərə Premyer Liqasının XX turunun ev oyununda "Çelsi" ilə 1-1 hesablı heç-heçə edib.
"Report" xəbər verir ki, meydan sahiblərinin qolunu Tijani Reynders 42-ci dəqiqədə vurub.
Qonaqların heyətində Enzo Fernandes fərqlənib (90+4).
"Mançester Siti" İngiltərə Premyer Liqasının ardıcıl səkkiz oyununda məğlubiyyət tanımır (altı qələbə, iki heç-heçə). Komandanın 42 xalı var, turnir cədvəlində ikinci yerdədir, lider "Arsenal"dan altı xal geridədir.
"Çelsi" baş məşqçi Enzo Mareskanın istefasından sonra ilk oyununu keçirib. London klubu 31 xalla beşinci yerdədir.
"Mançester Siti" növbəti turda "Brayton"u qəbul edəcək, "Çelsi" isə səfərdə "Fulhem"lə oynayacaq. Hər iki oyun 7 yanvarda keçiriləcək.
Son xəbərlər
19:22
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib
Energetika
19:17
Foto
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
Xarici siyasət
19:15
Məkkə sazişi müzakirə üçün TBMM-ə göndərilib
Region
19:08
Sevinc Hacıyeva: İtkin düşənlərin ailələri hələ də öz yaxınlarını gözləyirlər
Diaspor
19:04
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Futbol
18:52
Foto
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak edib
Energetika
18:52
Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər
Digər ölkələr
18:51
"Fənərbağça"nın futbolçusu Marko Asensio 3 ay yaşıl meydanlardan kənar qala bilər
Futbol
18:41
KM Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul olunub
Daxili siyasət