ABŞ hələ Somalilendin müstəqilliyini tanımaq niyyətində deyil
Digər ölkələr
- 27 dekabr, 2025
- 06:42
ABŞ Prezidenti Donald Tramp müsahibəsində bəyan edib ki, Vaşinqton hələ Somalilendin müstəqilliyini tanımaqda İsrailin ardınca getmək niyyətində deyil.
Bu barədə "Report" "New York Post" qəzetinə istinadən xəbər verir.
"Xeyr", - nəşr onun müvafiq suala cavabından sitat gətirib: "Hər şey hələ öyrənilməkdədir".
Cümə günü Baş nazir Benyamin Netanyahu İsrailin Somalilend Respublikasını müstəqil və suveren dövlət kimi tanıdığını elan edib. Somalilend beynəlxalq səviyyədə Somalinin bir hissəsi kimi tanınır, lakin Somalilend hökuməti 1991-ci ilin yazında birtərəfli qaydada dövlət suverenliyini elan edib.
Öz növbəsində Somali, Misir, Türkiyə və Cibutinin xarici işlər nazirləri İsrailin Somalilendi suveren dövlət kimi tanımasını pisləyiblər.
Son xəbərlər
05:22
İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb
Digər ölkələr04:50
Heqset və Pistorius ABŞ-Almaniya hərbi-sənaye əməkdaşlığını inkişaf etdirmək barədə razılaşıblar
Digər ölkələr04:18
WSJ: ABŞ kosmosdan hərbi istifadənin normallaşmasına çalışır
Digər ölkələr03:42
ABŞ İsrailə 2,8 milyard dollarlıq bombalar satmağı planlaşdırır
Digər ölkələr03:11
"Forbes": Trampın sərvəti 7 milyard dollara çatıb
Digər ölkələr02:45
Foto
Video
Bakıda avtomobil yanıb
Hadisə02:27
Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı düşünür
Digər ölkələr01:51
ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment qətnaməsini rədd edib
Digər ölkələr01:30