Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edilib
Digər ölkələr
- 21 yanvar, 2025
- 18:36
Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların ictimai yerlərdə üzünü örtən geyimdə görünməsini qadağan edən qanunu imzalayıb.
“Report” xəbər verir ki, müvafiq məlumat ölkə prezidentinin rəsmi saytında yerləşdirilib.
Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inancın tətbiqini, dini mərasimlərin keçirilməsini qadağan edir.
Dövlət həmçinin ictimai yerlərdə və təhsil müəssisələrində dini ədəbiyyatın yayılmasını məhdudlaşdırır. Dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. Bu qaydaların pozulması 20 min som (təxminən 374 manat) məbləğində cərimə ilə nəticələnəcək.
Son xəbərlər
21:46
"Fənərbağça" Türkiyə Superkubokunu qazanıb
Futbol21:37
Türkiyədə evdə yanğın olub, ölən və yaralananlar var
Region21:33
Sərbəst güləş üzrə Azərbaycan çempionatında daha 5 çəkidə final görüşləri keçiriləcək
Fərdi21:24
Foto
Sərbəst güləş üzrə Azərbaycan çempionatında daha 5 çəkidə medalçılar müəyyənləşib
Fərdi21:23
KİV: İranda etirazçı və polisə atəş açanlar həbs olunub
Region21:04
Video
Masazırda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər zəhərlənib
Hadisə21:03
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Digər ölkələr20:53
Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar
Region20:36