Mexikoda yük maşınının partlaması nəticəsində ölənlərin sayı 15-ə çatıb
Digər ölkələr
- 16 sentyabr, 2025
- 04:27
Mexikoda sentyabrın 10-da baş vermiş mayeləşdirilmiş qazla dolu avtosisternin partlayışı nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb, 38 nəfər isə hələ də xəstəxanadadır.
"Report" xəbər verir ki, bu barədə Meksika paytaxtının səhiyyə naziri Nadin Qassman məlumat verib.
"Bizə yeni məlumat verildi – daha bir nəfər dünyasını dəyişdi, beləliklə, ölənlərin sayı 15-ə çatdı", - "La Razon" nəşri Qassmanın sözlərini sitat gətirib.
Nazir əlavə edib ki, xəstəxanalarda müalicə alan 38 nəfərdən 14-ü ağır vəziyyətdədir, onların bədənində çoxsaylı yanıq xəsarətləri var.
Hadisə 10 sentyabrda Mexikonun İstapalapa rayonundakı avtomobil qovşağında baş verib. Partlayış nəticəsində 20-dən çox avtomobil yanıb, yaxınlıqdakı binalar zədələnib.
Son xəbərlər
07:56
"Kuaizhou-11" raketi Çinin iki peykini orbitə çıxarıb
Digər ölkələr07:21
Tramp: ABŞ təkcə Venesueladakı narkotik kartellərinə zərbələr endirməyəcək
Digər ölkələr06:46
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Futbol06:08
Trampın xüsusi elçisi Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Digər ölkələr05:36
Rusiyanın hücumundan sonra Odessada işıq və suyun nəqlində fasilələr yaranıb
Digər ölkələr05:14
WSJ: ABŞ Çindən İrana gedən gəmini ələ keçirib
Digər ölkələr04:41
Tramp: Rusiya - Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var
Digər ölkələr04:08
Almaniyada aeroportda sərnişindən 11 000-dən çox almaz müsadirə edilib
Digər ölkələr03:52