Brüsseldə İtaliyanın Aİ yanında daimi nümayəndəliyinin binasına qırmızı boya atıblar

Digər ölkələr
  • 17 fevral, 2023
  • 23:19
Brüsseldə İtaliyanın Aİ yanında daimi nümayəndəliyinin binasına qırmızı boya atıblar

Brüsseldə İtaliyanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin binasına qırmızı boya atılıb.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni tviterdə bildirib.

"Son bir neçə saat ərzində ədliyyə naziri Karlo Nordio ölümlə hədələnib və İtaliyanın Aİ-dəki nümayəndəliyinin Brüsseldəki qərargahının divarlarına qırmızı boya ilə ekstremist Alfredo Kospitonu dəstəkləyən yazılar ("Free Cospito") həkk olunub", - Baş nazir yazıb.

İtaliyada anarxist qrupların aktivləşməsi Beynəlxalq İnqilab Cəbhəsinin üzvü, Avropada əlli ekstremist aksiyaya görə məsuliyyət daşıyan Kospitonun işi ilə bağlıdır. O, qrup sektoru şirkətinin menecerinə sui-qəsd cəhdi və Karabineri məktəbinin kazarmalarında heç kimin xəsarət almadığı partlayışlar təşkil etdiyinə görə uzunmüddətli həbs cəzası çəkir, lakin bu hərəkət məhkəmə tərəfindən “siyasi terror aktı” kimi qiymətləndirilib.

Kospito 10 ildir ki, həbsdədir və ötən ilin mayında o, ciddi həbs rejiminə keçirilib (adətən mafiozlara tətbiq olunur). Kospito demək olar ki, üç ay əvvəl etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb və indi onun səhhəti xeyli pisləşib. Bu məsələ Meloninin başçılıq etdiyi sağ mərkəzçi hökumətlə sol mərkəzçi müxalifət arasında şiddətli siyasi mübahisə və qarşıdurma üçün bir fürsət olub.