Bayden ABŞ Məxfi Xidmətinə yeni rəhbərin tezliklə təyin olunacağını açıqlayıb

Bayden ABŞ Məxfi Xidmətinə yeni rəhbərin tezliklə təyin olunacağını açıqlayıb ABŞ Prezidenti Cozef Bayden Kimberli Çitlin istefasından sonra Birləşmiş Ştatların Məxfi Xidmətinin boş qalmış direktoru vəzifəsinə tezliklə yeni şəxs təyin etmək niyyətindədir.
Digər ölkələr
23 İyul , 2024 20:43
Bayden ABŞ Məxfi Xidmətinə yeni rəhbərin tezliklə təyin olunacağını açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Kimberli Çitlin istefasından sonra Birləşmiş Ştatların Məxfi Xidmətinin boş qalmış direktoru vəzifəsinə tezliklə yeni şəxs təyin etmək niyyətindədir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyası rəhbərinin Ağ Evin mətbuat xidməti tərəfindən dərc olunan bəyanatında deyilir.

“İyulun 13-də baş verənlərin tam ətraflı aydınlaşdırılması ilə bağlı müstəqil araşdırma davam edir. Mən onun nəticələrini qiymətləndirməyi səbirsizliklə gözləyirəm. Hamımızın bildiyi kimi, həmin gün baş verənlər təkrarlanmamalıdır. Kimberliyə ən xoş arzularımı çatdırıram və tezliklə yeni direktor təyin etməyi planlaşdırıram”, - Bayden bəyanatında vurğulayıb.

Qeyd olunur ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Alexandro Mayorkas Çitlin istefasını təsdiqləyib.

Xatırladaq ki, K.Çitl ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdin qarşısını ala bilməməsinə görə Məxfi Xidmətin rəhbəri vəzifəsindən gedib.

Son xəbərlər

Orphus sistemi