Məntəqə sədri: Seçicilər sərbəst şəkildə səsvermə hüququndan istifadə edirlər

Daxili siyasət
  • 01 sentyabr, 2024
  • 05:24
Məntəqə sədri: Seçicilər sərbəst şəkildə səsvermə hüququndan istifadə edirlər

35 saylı Xətai üçüncü seçki dairəsinin 27 saylı orta məktəbdə yerləşən 2 saylı məntəqəsində artıq bu saata qədər 60 seçici səs verib.

Bunu " Report"a açıqlanmasında məntəqə sədri Vidadi Xanlarov bildirib.

Onun sözlərinə görə, bu seçki məntəqəsində siyahı üzrə 928 seçici qeydiyyatdadır:

"Seçicilər sərbəst olaraq öz səsvermə hüququndan istifadə edir və öz namizədinə səs verirlər".

44 filmi