Gürcüstandan Azərbaycana avtomobil satışı 35 % azalıb

Biznes
  • 21 avqust, 2025
  • 16:04
Gürcüstandan Azərbaycana avtomobil satışı 35 % azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 142,5 milyon ABŞ dolları dəyərində 5 079 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq - 35 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,48 milyard ABŞ dolları dəyərində 60 442 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 24 % və 5,5 % çoxdur.

Bu ilin ilk 7 ayında Gürcüstandan Qırğızıstana 759 milyon ABŞ dolları dəyərində 23 624 ədəd, Qazaxıstana 426 milyon ABŞ dolları dəyərində 24 812 ədəd, Tacikistana 48,3 milyon ABŞ dolları dəyərində 2 301 ədəd, Ermənistana 31,2 milyon ABŞ dolları dəyərində 1 454 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti