Komitə sədri: Hazırda ölkə üzrə məşğulluğun 40 faizi aqrar sektorun payına düşür

Komitə sədri: Hazırda ölkə üzrə məşğulluğun 40 faizi aqrar sektorun payına düşür Azərbaycanda 1990-cı illərdə həyata keçirilən aqrar islahatlar bu gün həmin sahədə əldə edilən nailiyyətlərin əsası idi.
ASK
23 aprel 2025 11:18
Komitə sədri: Hazırda ölkə üzrə məşğulluğun 40 faizi aqrar sektorun payına düşür
Azər Əmiraslanov

Azərbaycanda 1990-cı illərin ortalarında həyata keçirilən aqrar islahatlar bu gün həmin sahədə əldə edilən nailiyyətlərin əsası idi.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

O qeyd edib ki, sonrakı dövrdə də kənd təsərrüfatı və aqrar sahənin inkişafı ilə bağlı xüsusi təşəbbüslər irəli sürüldü:

“Bu sahədəki prosesi 2007-ci ilə qədər və bundan sonrakı dövr olmaqla iki hissəyə bölə bilərik. 2007-ci ildən sonra ilk dəfə olaraq ölkədə taxıl istehsalçıları subsidiyalaşdırıldı. Hazırda Azərbaycanda məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatının, aqrar sektorun payına düşür.

O baxımdan, kənd təsərrüfatı bizim üçün vacib sahədir, ərzaq təhlükəsizliyini bu sahə təmin edir. Qeyd olunan dövrdə Azərbaycan heç vaxt ərzaq təhlükəsizliyi riski ilə üzləşməyib”.

Son xəbərlər

Orphus sistemi