ADA Universitetində Kənd təsərrüfatı və qida elmləri fakultəsinin yaradılmasının məqsədi açıqlanıb

ADA Universitetində Kənd təsərrüfatı və qida elmləri fakultəsinin yaradılmasının məqsədi açıqlanıb ADA Universitetində Kənd təsərrüfatı və qida elmləri fakultəsinin yaradılmasında əsas məqsəd bu sahədə ən son yanaşmaları, uğurlu həlləri, təcrübələri, hazırkı tendensiyaları elmi-nəzəri əsaslarla təhlil edəcək, onların tətbiqinə töhfə verəcək kadrların h
ASK
16 Oktyabr , 2023 11:24
ADA Universitetində Kənd təsərrüfatı və qida elmləri fakultəsinin yaradılmasının məqsədi açıqlanıb

ADA Universitetində Kənd təsərrüfatı və qida elmləri fakultəsinin yaradılmasında əsas məqsəd bu sahədə ən son yanaşmaları, uğurlu həlləri, təcrübələri, hazırkı tendensiyaları elmi-nəzəri əsaslarla təhlil edəcək, onların tətbiqinə töhfə verəcək kadrların hazırlanmasıdır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təşkilatçılığı ilə Bakıda Ümumdünya Qida Günü münasibəti ilə keçirilən, sözügedən fakültənin açılışına həsr olunmuş tədbirdə bildirib.

"Yeni fakültə həm tədqiqat, həm də tədris istiqamətlərini özündə ehtiva etdiyi üçün bütün maraqlı tərəflər üçün mühüm platformaya çevriləcək. Burada dövlət və özəl sektorun beynəlxalq platformalarda təmsil olunacağı üçün çoxşaxəli fəaliyyət formalaşacaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi