Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər
- 28 oktyabr, 2026
- 06:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə son dünya çempionatı həqiqətən güclü rəqabət şəraitində keçib.
"Report" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nurəddin Rəcəbov Bakıya qayıdarkən hava limanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, güclü rəqiblərə baxmayaraq, Azərbaycan komandası iki qızıl medal qazanıb.
Məşqçinin sözlərinə görə, əldə olunan nəticələr idmançıların Afina Olimpiya Oyunlarına hazırlığı baxımından ümidləri artırıb:
"İdmançılarımız bu yarışlarda nəyə qadir olduqlarını hiss edirlər. Çox yüksək səviyyədə güləş nümayiş etdiriblər. Bəzi səhvlərimiz olub, onları burada ayrı-ayrılıqda sadalamağa ehtiyac yoxdur. Amma biz hazırkı nəticələrdən daha yüksək nəticə əldə edə, medallarımızın sayını artıra bilərdik. Əsas səhvimiz tələskənlik olub".
Nurəddin Rəcəbov dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərinin bütün ölkələr arasında ikinci yeri tutmalarının ümidverici olduğunu vurğulayıb. O, həmçinin komandanın mütəmadi olaraq təlim-məşq toplanışları keçirmək imkanı əldə etdiyini qeyd edib.