Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb

Futbol
  • 28 oktyabr, 2026
  • 03:08
Liqa Kuboku: Arsenal dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb

Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Flitvud"a məğlub olaraq turnirlə vidalaşıb.

"Report" xəbər verir ki, "Flitvud"un meydanında keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə meydan sahibləri 5:3 hesabı ilə qalib gəliblər.

Matçda hesabı 21-ci dəqiqədə "Flitvud"un ingiltərəli hücumçusu Aaron Lupalou-Bi açıb. "Arsenal"ın isveçli forvardı Viktor Dyökeres isə 50-ci dəqiqədə tarazlığı bərpa edib.

Beləliklə, İngiltərə futbolunun dördüncü divizionunda çıxış edən "Flitvud" turnirin 1/4 finalına yüksəlib. Komandanın növbəti rəqibi püşkatmadan sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Arsenal" İngiltərənin hazırkı çempionudur.

44 filmi