Polşa Rusiya və Belarusla sərhədə 40 min hərbçi göndərəcək
Digər ölkələr
- 11 sentyabr, 2025
- 19:33
Polşa hökuməti yaxın günlərdə Rusiya və Belarusla sərhədə 40 minə yaxın hərbçi göndərmək qərarına gəlib.
"Report" "TVPworld"ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
O qeyd edib ki, bu addım "Qərb-2025" Rusiya-Belarus hərbi təlimlərinin başlamasına adekvat cavab olacaq.
"Ukraynada müharibə məhz belə, hərbi təlimlərlə başlamışdı. Ona görə də Polşa hərbçiləri buna hazırlaşır. Yaxın günlərdə sərhəddə 40 minə yaxın hərbçimiz olacaq", - Tomçik deyib.
Xatırladaq ki, "Qərb-2025" təlimləri sentyabrın 12-16-da Belarusda keçiriləcək.
Son xəbərlər
09:40
Avtomobil Detroyt hava limanının girişinə çırpılıb, 6 nəfər xəsarət alıb
Digər ölkələr09:34
Azərbaycan Basketbol Liqası: "Gəncə" "Sabah"la üz-üzə gələcək
Komanda09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.01.2026)
Maliyyə09:15
İndoneziyada torpaq sürüşməsi olub, 7 nəfər ölüb, 80-dən çox insan itkin düşüb
Digər ölkələr09:14
Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünü keçirəcək
Futbol09:13
Gürcüstan Azərbaycana marqarin ixracından qazancını 3 dəfə artırıb
Biznes09:06
Azərbaycan Premyer Liqası: Bu gün daha iki görüş baş tutacaq
Futbol09:05
Foto
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib
Hadisə08:53