Azərbaycan Premyer Liqası: Bu gün daha iki görüş baş tutacaq
- 24 yanvar, 2026
- 09:06
Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.
"Report" xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Qəbələ"ni qəbul edəcək.
Görüş Şamaxı şəhər stadionunda, saat 14:00-da start götürəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu komada hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 8 xalı var.
Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 36 xalla turnir cədvəlində ikincidir. Onuncu olan "Kəpəz"in 9 xalı var.
Turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib.
Qeyd edək ki, XVII tura yanvarın 25-də yekun vurulacaq.