"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
- 21 oktyabr, 2026
- 02:52
Yeniliklərdən dərhal xəbərdar olun!
"SpaceX" üçüncü rübdə gəlirini 14,6 milyard dollara qədər artırıb.
"Report" xəbər verir ki, "Financial Times" (FT) qəzeti bu barədə şirkətin hesabatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, şirkətin hazırkı göstəricisi 2025-ci ilin analoji dövründəki rüblük gəlirindən (5,6 milyard dollar) 161 % çoxdur. FT qeyd edib ki, bu göstərici analitiklərin gözləntilərini üstələyib. Belə ki, onların proqnozlarına görə, "SpaceX"in rüblük gəliri 12,9 milyard dollar təşkil etməli idi.
Şirkətin xalis mənfəəti 2026-cı ilin iyul-sentyabr ayları aralığında 4,4 milyard dollar təşkil edib. Qeyd olunub ki, gəlir artımı bulud hesablama xidmətlərinin satışının artması ilə əlaqədardır. Beləliklə, süni intellektdən əldə edilən gəlir bir il əvvəlki 813 milyon dollarla müqayisədə doqquz dəfə artaraq 7,6 milyard dollara çatıb, eləcə də əvvəlki rübdəki 2,56 milyard dollarla müqayisədə üç dəfə artıb.